Qəbələdə yanğın baş verdi

 10:13 15.03.2025     127

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb