Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum oldu - YENİLƏNİB

 20:32 15.03.2025     209

Cəlilabad meyitxanasına meyit kimi daxil olan şəxs komatoz vəziyyətdə olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib.

Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyev Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Əraziyə PPX - nin əməkdaşları cəlb olunub.

Məlum olub ki, özünü asaraq intihar etməyə cəhd göstərən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir.

Dərhal X.Quliyev Cəlilabad rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.

Fakt araşdırılır.

***

Cəlilabad rayonunda kişi meyiti tapılıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Tahirli kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb. İlkin məlumata görə o, özünü asıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.