Samuxda yeniyetmə qız dəm qazından ZƏHƏRLƏNDİ

Samuxda zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az APA-ya istinadən məlumat verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.