Cəlilabadda gənc oğlanın meyiti TAPILDI

 15:11 16.03.2025     184

Cəlilabad rayonunda meyit aşkar olunub.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, meyit rayonun Maşlıq kəndində tapılıb.

Meyitin 24 yaşlı Elvin Abdullayevə məxsus olması müəyyən olunub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.