Gəncədə suqızdırıcı partladı, ağır xəsarət alan VAR

 15:20 16.03.2025     186

Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hamam otağında su qızdırıcının partlaması nəticəsində, Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Əli Xudiyevin üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Zərər çəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.