Culfada yol qəzası - 3 nəfər xəsarət aldı - FOTO

 16:45 16.03.2025     153

Culfa rayonunda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayona giriş hissədə, Bayraq Meydanında baş verib.

Qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı "Chery" markalı avtomobil toqquşub.

Qəzada Culfa rayon sakini, 63 yaşlı Məryəm Nəbiyeva, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTOLENT Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTOLENT Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTOLENT