Şəkidə qadın meyiti TAPILDI

Şəkidə intihar hadisəsi baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhərin Şərbablar küçəsində 1993-cü il təvəllüdlü R.Mustafayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, R.Mustafayeva bir müddət əvvəl boşanıbmış, onun bir azyaşlı övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.