Polis Nərimanovda 22 qumbara aşkarladı

 13:18 18.03.2025     81

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi və Nərimanov rayonları ərazisində 22 qumbara, 1 tapança, 1 tüfəng, 1 patron darağı və 13 patron tapılaraq götürülüb. Həmçinin 48 yaşlı paytaxt sakini 1 avtomat silahı, 1 patron darağı və 4 patronu könüllü olaraq polisə təhvil verib. 

Araşdırmalar aparılır.