Sahibsiz itlərin hücumuna məruz qalan uşaq ağır YARALANDI

Türkiyənin Yalova şəhərində marketə gedərkən sahibsiz itlərin hücumuna məruz qalan 5 yaşlı uşaq ağır yaralanıb.
Redaktor.az xəbər verir ki, Mustafa Kamal Paşa məhəlləsi, Yuva küçəsində yaşayan Halit Hamo marketə gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb.
İtlər tərəfindən küçədən boş sahəyə sürüklənən yaralı uşağı, qardaşı ilə işə gedən Uğur Akbulut görüb və Akbulut sahibsiz itləri uzaqlaşdırıb.
Uşaq dərhal xəstəxanaya çatdırılıb.
Kənan YUSİF