TƏBİB-dən ilaxır çərşənbədə tonqalda xəsarət alanlarla bağlı AÇIQLAMA

 11:00 19.03.2025     128

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 18-də saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

“Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.