Şəkidə ağır qəza: ölənlər var - FOTO

Şəkidə qəzada ölən və xəsarət alanların şəxsiyyətləri bilinib.
Hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişini - Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və "Mercedes"in sürücüsü - Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
VAZ-ın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***
Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə səhər saat 9 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər hadisə yerində ölüb.
Daha bir nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır (oxu.az).
