Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı artdı - YENİLƏNİB

 19:54 21.03.2025     173

Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb. 

Redaktor.az “Report”a istinadən xəbər verir ki, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır