Lənkəranda hosteldə meyit TAPILDI

 21:17 21.03.2025     114

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin hosteldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Redaktor.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.