Azərbaycan millisi bu gün Haiti ilə oynayacaq

 09:31 22.03.2025     130

Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq. 

Redaktor.az xəbər verir ki, portuqaliyalı Fernandu Santuşun rəhbərlik etdiyi komanda yoldaşlıq matçında Haiti millisi ilə üz-üzə gələcək. 

Bu, komandaların tarixlərində bir-birlə ilk qarşılaçmasıdır.

Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək. 

Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

21:45. Azərbaycan - Haiti

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu