Bakıda lombarda basqın edən maskalı şəxs saxlandı - VİDEO

 13:13 22.03.2025     157

Daxili İşlər Nazirliyi (DİN) Bakıda lombarda basqın edilməsi faktı üzrə məlumat yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində törədilib. Maskalı şəxs Nəsimi rayonu ərazisindəki lombarda daxil olaraq pul tələb edib. Maska ilə kamuflyaj olunan naməlum şəxsin əlində odlu silaha oxşar əşya olub. O, lombardda çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən olunub. Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli artıq saxlanılıb.

Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.