82 yaşlı qadın su kanalında boğuldu

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib.
Redaktor.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
İmişli şəhər sakini 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.