Gəncədə zəncirvari qəza - yaralılar var

 19:00 22.03.2025     131

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

Redaktor.az xəbər verir ki, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb.

R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.