Ucarda ev tamamilə YANDI

 20:00 22.03.2025     202

Ucarda ev yanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Lək kəndində qeydə alınıb.

Kənd sakini Zaur Məhərrəm oğlu Cəbrayılova məxsus ümumi sahəsi 200 m² olan 4 otaqlı evdə güclü yanğın baş verib.

Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamıilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.