Qaxda evdə iynə vurulan qadın faciəvi şəkildə ÖLDÜ

 17:10 23.03.2025     172

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.