Qaxda qadın iynədən şoka düşərək ÖLDÜ

 20:45 23.03.2025     277

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən