Mingəçevirdə kişi meyiti TAPILDI

 09:38 24.03.2025     160

Mingəçevirdə kişi meyiti aşkarlanıb.

Redaktor.az-ın APA-ya istinadla məlumatına görə, meyit şəhərin Boşçalı bağ massivi adlanan ərazisində aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, meyit əslən Tovuz rayonu Aşağı Ayıblı kəndindən olan və Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 11/19 mənzil 30 ünvanında yaşamış, 1972-ci il təvəllüdlü Yusifov Mehman Vəli oğluna məxsusdur.

Meyitin üzərində heç bir zorakılıq əlaməti olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.