İtkin rəfiqələrdən daha biri TAPILDI

 13:00 24.03.2025     276

Martın 17-də itkin düşmüş üç rəfiqədən dən daha biri tapılıb.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.

Xatırladaq ki, dünən rəfiqələrdən biri də tapılmışdı.