Yolda sürücünü təhqir etdi - 5 gün həbs EDİLDİ

 16:23 24.03.2025     231

Sumqayıt-Bakı yolunun Abşeron rayon ərazisindən keçən hissəsində ona yol verməyən sürücüyə qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş P.D.-ya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, ali təhsilli olan P.D. "Toyota Rav 4” markalı avtomobil ilə Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən O.V. idarə etdiyi maşınla düzgün manevr etməyərək, toz qaldıraraq onun yanından keçib. P.D. da cavab olaraq avtomobilini onun maşınının qarşısına sürüb və onu təhqir edib. Daha sonra əlinin orta barmağını havada aşağı-yuxarı hərəkət etdirərək ona qarşı qeyri-etik hərəkətlər edib. Zərərçəkmiş şəxs P.D-dan şikayətçi olduğunu bildirib. 

Məhkəmənin qərarı ilə P.D. 5 gün həbs edilib.