İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı YARALANDI

İstanbulun Şişli bölgəsində restoranlardan birində silahlı insident baş verib.
Redaktor.az xəbər verir ki, silahlı iki nəfər restoranda müştəri qismində olan 3 nəfərə atəş açıb.
Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
İnsidenti törədən şəxslər isə hadisə yerindən qaçıb. Hazırda onların tapılması istiqamətində işlər aparılır.