AK partiyanın rəsmisi qəzada ÖLDÜ

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çonqar yol qəzasında ölüb.
Redaktor.az xəbər verir ki, saat 00:30 radələrində Bolu istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi avtomobil arxadan yük maşınına çırpılıb.
Qəzadan sonra hadisə yerinə yanğınsöndürən, təcili yardım və polis qrupları cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan Çonqar yanğınsöndürənlər tərəfindən çıxarılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.


