Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırıldı - VİDEO - YENİLƏNİB

 21:11 25.03.2025     200

Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.

Restoran yanğından mühafizə olunub.

***

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

Redaktor.az xəbər verir ki, Xırdalanda "PakFırın" restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Qeyd edək ki, adıçəkilən restoran hündürmərtəbəli yaşayış binasının altında yelrəşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.