Sarayda qadın meyiti TAPILDI

 09:00 26.03.2025     256

Abşeron rayonunda 64 yaşlı qadının meyiti tapılıb.

Redaktor.az "Report"a istinadla verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb.

1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.