Tovuzda qadın faciəvi şəkildə ÖLDÜ

 14:43 26.03.2025     340

Tovuzda dəm qazından zəhərlənmə olub.

Redaktor.az APA-a istinadla xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.