Hakerlər bu şirkətin fəaliyyəti iflic ETDİLƏR

Rusiyanın “Lukoyl” neft şirkəti kütləvi haker hücumuna məruz qalıb. Şirkətin əməkdaşlarına problem aradan qalxana qədər xidməti kompüterlərdən istifadə etmələri qadağan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, artıq istifadəçi adı və şifrələri ilə “Lukoyl”un daxili şəbəkəsinə qoşulan işçilərin dərhal sistemdən çıxmaları tələb olunub.
Eyni zamanda şirkətə aid yanacaq doldurma məntəqələrində bank kartları ilə ödənişlərdə çətinliklər yaranıb.