Bakıda evi uçurdan tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - cinayət işi açıldı

 15:32 27.03.2025     379

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Qeyd edək ki, evi qanunsuz uçurdan şirkət "Melissa Park"dır.