Gəncədə avtobus minik avtomobili ilə toqquşdu

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.