Həmin işdə hökm OXUNDU

 23:19 27.03.2025     325

Ağcabədidə iki qardaşın törətdiyi tükürpədən cinayətin məhkəmə araşdırması başa çatıb.

Redaktor.az-ın məlumatına görə, söhbət ötən ilin payızında “Qaradolaq körpüsü” adlanan ərazidə baş verən hadisədən gedir.

Belə ki, iki qardaşın şəxsi ədavətlə bağlı həmkəndlilərinin başına gətirdikləri hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılmışdı. Qardaşlar bir nəfəri maşının baqajında çöllük əraziyə gətirib, butulka və digər silah qismində əşyalarla döyüb, şəxsinə alçaldıcı hərəkətlər etmişdilər.

Polis əməkdaşları tərəfindən başlanan istintaqla qardaşlar ikisi də cinayət məsuliyyətinə cəlb edilib. 

Zərərçəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxslərdən şikayətçi olmayıb, onları bağışladığını deyib.

Ağcabədi Rayon Məhkəməsinin hakimi dəlil və sübutları tədqiq etdikdən sonra Əhəd və Cabir qardaşlarının ikisini də əzab verməkdə təqsirli bilib.

Hökmə əsasən Cabir 2 il azadlıqdan məhrum edilib. Əhəd isə 4 min manat cərimələnərək məhkəmə zalından azadlığa buraxılıb.