Xankəndidə 27 yaşlı gənci elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ

Xankəndidə gənc oğlanı elektrik cərəyanı vurub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, 27 yaşlı Abdinov Amin transformatordan naqil kəsərkən elektrik cərəyanı vurması nəticədə hadisə yerində həyatını itirib.
Məlumatı mərhumun yaxınları təsdiqləyib.
Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.