Tələbə qız vəfat etdi
Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədova vəfat edib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 21 yaşlı gəncin ölümünün bəzi təfərrüatları məlum olub.
Belə ki, N.Məmmədova ölümündən iki gün əvvəl atasının məzarı yanında essensiya məhlulu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən N.Məmmədova orada dünyasını dəyişib.













