Yevlaxda mikroavtobusla minik maşını toqquşdu - 6 nəfər xəsarət aldı

 11:48 28.03.2025     198

Yevlaxda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. 

Qəzada xəsarət alanların sayı 6-ya çatıb.

Belə ki, hadisə nəticəsində daha bir nəfər - 1991-ci il təvəllüdlü Çinarə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər - 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov və 1990-cı il təvəllüdlü Arzu Həmidova xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.