Qəzada xəsarət alan 6 nəfərin vəziyyəti AÇIQLANDI

Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
"Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir", məlumatda deyilir.
Qeyd edək ki, Yevlaxda minik maşını avtobusla toqquşub, 6 nəfər xəsarət alıb. Xəsarət alanların tibb işçiləri olduğu bildirilib (apa),