Yeni açılan körpüdə “protiv” gedən “Range Rover” cərimə meydançasında - VİDEO

 12:50 29.03.2025     241

Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.

Redaktor.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.

“Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib. Araşdırma aparılır”, - açıqlamada vurğulanıb.

Həmin görüntüləri təqdim edirik: