Birinci kurs tələbəsi faciəvi şəkildə vəfat ETDİ

 13:41 29.03.2025     194

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magist tələbəsi, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.