İtkin düşən qızın meyiti kanaldan TAPILDI

 14:59 29.03.2025     240

Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, martın 19-da kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.