Mingəçevirdə evdən qadın meyiti TAPILDI

 13:00 30.03.2025     182

Mingəçevirdə evdən qadın meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Mingəçevir şəhəri Təbriz küçəsi ev 7-də yaşayan 1954 təvəllüdlü Gülçöhrə Əhmədovanın yaşadığı ünvanda zorakılıq əlamətləri olmayan meyiti aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, o qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirmiş. Məhz elə bu xəstəlikdən öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.