Sabirabadda yeni doğulan körpə ÖLDÜ

 14:15 30.03.2025     218

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Redaktor.az teleqraf.az-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib.

Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib.

Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb.

Məlumata görə, ilkin müayinə nəticəsində doğuşun gecikdiyi məlum olub. Belə halda isə körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq həkim bunu etməyib və qadını təbii doğuşa götürüb.

X.Əsədovanın körpəsi həmin gün ölüb.

Həkim M.Yunusova bunun virus səbəbindən baş verdiyini iddia edib.

Uşağın atası Kamal Malıyev faktı teleqraf.az-a təsdiqləyərək həyat yoldaşının hazırda Sabirabad Mərkəzi Xəstəxanasında müalicə aldığını və şikayətçi olmadığını bildirib: "Mən ərizə yazdım ki, həkimdən heç bir şikayətim yoxdur".