Gəncədə yeniyetmə dəm qazından ZƏHƏRLƏNDİ

 22:40 30.03.2025     230

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.