Şəkidə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

 10:18 31.03.2025     204

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bu gün gecə 01:00 radələrində İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.