Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırmaya BAŞLADI

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölümü baş verib.
Redaktor.az teleqraf.az-a istinadən xəbər verir ki, hadisə bayram günlərində olub.
Saytın məlumatına görə, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır. Bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var. Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.
Baş Prokurorluqdan agentliyin sorğusuna cavab olaraq bildirilib ki, hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.