17 yaşlı oğlan anasını qətlə YETİRDİ

 13:20 31.03.2025     274

Abşeron rayonunda yol kənarında qadın meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, ekspertiza nəticəsində meyitin 39 yaşlı Rəfiqə Əliyevaya məxsus olması müəyyən edilib. 

lkin araşdırma zamanı mərhumun 17 yaşlı oğlu tərəfindən bıçaqla qətlə yetirilməsinə dair şübhələr müəyyən edilib. Yeniyetmə özü polisə təslim olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir (qafqazinfo).