Masallıda "TIR" aşdı - Ələt-Astara magistralında hərəkət çətinləşdi - FOTO

 13:30 31.03.2025     323

Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında qeydə alınıb.

Dağıstan Respublikasına aid olan "TIR" markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Polis əməkdaşları tərəfindən sürücülərin alternativ yolla hərəkəti istiqamətləndirilir.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.

Faktla bağlı araşdırma aparılır.

Masallıda Masallıda Masallıda