Zaqatalada minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

 15:15 31.03.2025     245

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki “Mersedes” markalı minik avtomobili toqquşub.

İlkin məlumata götə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda yaraılılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.