Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürdü

Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində qeydə alınıb.
Belə ki 1969-cu il təvəllüdlü Faiq Bağırovu çöl sahədə heyvan otararkən ildırım vurub. O hadisə yerinə ölüb.
Faktla bağlı araşdırma aparılır.