Gəncədə 30 yaşlı qadını maşın VURDU

 19:26 31.03.2025     180

Gəncədə avtomobil piyadanı vurub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1995-ci il təvəllüdlü X.Əmədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.