Bakıda 2 obyektdən 42 min manatlıq oğurluq EDİLDİ

 12:07 01.04.2025     159

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Redaktor.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində yerləşən 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.